ORKESTR

Məlikov Nadir Adil oğlu I skripka, konsertmeyster
Bağirova Kübra Camal qızı I skripka
Sinyakina Tatyana Nikolayevna I skripka
Kərimova İradə İmran qızı I skripka
Axundov Mahir Mikayıl oğlu I skripka
Yaqubova Minicə Hüseyn qızı I skripka
Rzayev Bəxtiyar Azad oğlu I skripka
Murtuzayeva Cavahir Eldar qızı I skripka
Baykulova Olesya Borisovna I skripka
Rəhimova Səbinə Nizaməddin qızı I skripka
İsmayılova Balaxanım Əmirulla qızı II skripka, konsertmeyster
Əhmədova Aysel Zahid qızı II skripka
Qorina İrina Yuryevnaya II skripka
Aşurbəyova Səltənət Sadıqovna II skripka
Sapkina Nadejda Pavlovna II skripka
Əliyeva Günay Güləhməd qızı II skripka
Əzimova Dilarə Aydın qızı II skripka
Əsədov Samir Fəxrəddin oğlu II skripka
Xoxlina Tatyana Valentinovna alt
Abdullayeva Günay Vaqif qızı alt
Abasova Yelena Andreyevna alt
Əfəndiyeva Pərvin Hikmət qızı alt
Xəlilova Nigar Maarif qızı alt
Abdullayev Rasi Mahmud oğlu violonçel, konsertmeyster
İbrahimova Səbinə Vaqif qızı violonçel
Lunina İrina Georgiyevna violonçel
Mustafayeva Tahirə Əlipaşa qızı violonçel
Quluzadə Arif Abazər oğlu kontrabas
Dadaşov Fariz Azər oğlu kontrabas
Şıxbabayev Zaur Mirzəhməd oğlu kontrabas
Mansurov Elxan Bəhram oğlu tar, konsertmeyster
Həşimov Elçin Ləzgi oğlu tar
Əzimov Ramin Əlixan oğlu tar
Məmmədov Əliəsgər Rəşid oğlu tar
Əhmədov Elnur Oruc oğlu kamança
Mustafayev Elman Vəli oğlu fleyta, konsertmeyster
Quliyeva Səidə Vaqif qızı fleyta
Quliyeva Marina Vladimirovna fleyta
Əhmədova Esmiralda Nazim qızı fleyta
Qurbanov Elnur Məlikməmməd oğlu fleyta-pikkalo
Qreçko Oleq Nikolayeviç qoboy, konsertmeyster
İmanov Fuad Yaşar oğlu qoboy
Nəbiyev Azad Səid oğlu qoboy
Məmmədov Elşən Cəlil oğlu qoboy
Kərimov Nəriman Bayram oğlu ingilis rojoku
Səmədov Şükür Hacıbala oğlu klarnet, konsertmeyster
Qarayusifli Əziz Yaşar oğlu klarnet
Zeynalov Nizami Tapdıq oğlu klarnet
Vəkilov Səməd Qenrixoviç klarnet
Budaqov Vəli Fərhad oğlu klarnet
Hacıyev İlqar Xəlil oğlu faqot, konsertmeyster
Loqinov Şamil Nikolayeviç faqot
Xəlilov Səbuhi Ağabala oğlu faqot
İsmayılov İsmayıl Fazil oğlu faqot
Məmmədov Rauf İsmayıl oğlu valtorna, konsertmeyster
Pyatkin Nikolay Aleksandroviç valtorna
Rüstəmov Azər Qəhrəman oğlu valtorna
Mironov Sergey Vladimiroviç valtorna
Məmmədov Sirus Arif oğlu truba, konsertmeyster
Xalıqov Rəşad Teyyub oğlu truba
Abutalıbov Vaqif Fazil oğlu truba
Cavadov Cəlal Mirzəli oğlu truba
Hacıyev Əli Əliyusif oğlu tuba
Mirzə Kazım Həsən oğlu trombon, konsertmeyster
Xalidov Valeri Mahmudoviç trombon
Tapdıqov Kamal Azər oğlu trombon
Həsənov Emil Nazim oğlu trombon
Paşkin Boris Yuryeviç zərb
Hüseynov Kamal Kamil oğlu zərb
Məmmədxan Ucal İsa oğlu zərb
Bilalov Həsən Eyvaz oğlu zərb
Əlizadə Əşrəfi Ağamehdi qızı arfa, konsertmeyster
Əlizadə Şəhla Seidşah qızı arfa
Kazımova Günel Namiq qızı fortepiano

Simfonik Orkestr Haqqında

Simfonik orkestr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsas kollektivlərindən biridir. Bir əsrlik tarixi olan Opera və Balet Teatrının fəaliyyət göstərdiyi bütün dövrlərdə bu orkestrdə ən peşəkar və istedadlı musiqiçilər çalışmışlar Orkestrin dirijor pultuarxasında müxtəlifdövrlərdə maestro Niyazi, Əfrasiyab Bədəlbəyli, Əşrəf Həsənov, Əhəd İsrafilzadə, Kamal Abdullayev, Rauf Abdullayev kimi məşhur və tanınmış dirijorlar dayanmışlar. Hazırda simfonik orkestrdə 90 nəfər musiqiçi çalışır. Onlar skripka, alt, violonçel, kontrabas, arfa kimi simli alətlərdə, qoboy, fleyta, klarnet, bas klarnet, trombon, valtorna kimi nəfəs alətləri, habelə fortepiano, zərb alətləri və s. ifa edirlər.

Avropa musiqi alətləri ilə yanaşı orkestrdə tar, kamança kimi milli musiqi alətlərindən də istifadə edilir. Bu gün simfonik orkestrdə Xalq Artisti, Əməkdar Artist adları daşıyan çoxlu sayda professional ifaçılar çalışırlar. Təcrübəli musiqiçilərlə yanaşı orkestrdə gənclərə də böyük önəm verilir. Hər il Bakı Musiqi Akademiyasında təhsil alan tələbələr və ya Akademiyanın məzunları içərisindən ən perspektivli və bacarıqlı gənclər ciddi müsabiqə yolu ilə seçilərək orkestrə qəbul edilirlər. Onlar Teatrda ustad musiqiçilərdən orkestr ifaçılığının sirlərini öyrənir və professionallıqlarını artırırlar. Orkestrin baş dirijoru Respublikanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur. C.Cəfərov 14 ildir ki, orkestrə rəhbərlik edir. Bundan başqa respublikamızın tanınmış və istedadlı dirijorlarından Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimləri Yalçın Adıgözəlov və Azad Əliyev də Teatrın simfonik orkestri ilə bir sıra tamaşaları idarə edirlər.

Çox önəmlidir ki, Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva qadın üçün çox nadir olan dirijor peşəsini seçmişdir və o bir sıra tamaşalarda simfonik orkestri yüksək peşəkarlıq və inamla idarə edir. S.Hacıyeva Azərbaycanda simfonik orkestrlə çalışan ilk peşəkar dirijordur. Teatr rəhbərliyi orkestri idarə etmək üçün vaxtaşırı dünyanın bir sıra yaxın və uzaq ölkələrdən ən məşhur dirijorları dəvət edir. Pyer Dominik Ponelli və Korneliya fon Kerssenbrofk (Almaniya), Arkadi Şteynluxt (Rusiya), Fabio Mastranjelo (İtaliya), Xoze Kollado (İspaniya), Elşad Bağırov (Türliyə), Andrey Anixanov (Rusiya) və başqaları müxtəlif dövrlərdə Teatrın simfonik orkestri ilə birgə çıxış etmişlər. Opera və Balet Teatrının Simfonik orkestri dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində olmuşdur.

2000-ci ildə Türkiyənin Antalya şəhərində qədim Aspendos teatrında, 2003-2005-ci illərdə İstambulda Camal-Rəşid-Rəy konsert və tamaşa salonunda, 2005-ci ildə Moskvada Rusiya Akademik Böyük Teatrı və Sankt-Peterburqda Mariinski adına Akademik Opera və Balet Teatrında, 2007, 2008 və 2010-cu illərdə Almaniyada Münhen Opera sənəti festivalında, 2010-cu ildə Qətər dövlətində Azərbaycanın mədəniyyəti günləri çərçivəsində, 2010-cu ildə İstambulda TÜRKSOY beynəlxalq layihəsi çərçivəsində İstambulda böyük uğurla çıxış etmişdir.